Eşşək armudu.

Bir armudun adı niyə eşşək armudu olsun ki? Görnüşünə, vid-fasonuna görə bu gözəlim armuda nədənsə eşşək armudu adını vermişik. Yox, düşünə bilərik ki, bunu daha çox eşşəklər yeyir, əsla. Qoymarıq onu eşşəklər yesin. Özümüz yeyirik, eşşəklərə də qabığını verərik lap uzağı, adını da çıxırıq eşşəklərə. Ay ədalətsiz dünya, hanı sənin ədalət tərəzin, deyəsən sən də barmaq edirsən, atırsan bizə göz görə-görə.
Bu armudu saxlasan qışda çox dadlı olur. Saxlaya bilsən, eşşək gözlü armudlarımız.

WhatsApp Image 2018-10-09 at 10.15.00.jpeg