Düzgün peşə seçimi.
İnsanlar müxtəlif olduqları kimi sevdikləri peşələr də müxtəlif olur. Amma bildiyimiz kimi hər kəs sevdiyi peşəyə yiyələnmir. Peşə seçimi zamanı yalnız sevmək kifayət etmir. İnsan öz potensialını, seçdiyi peşənin gəlirini, bacarığını və digər planlarını da nəzərə almalıdır. Peşə seçimi zamanı valideynlərin də fikrini nəzərə almaq lazımdır. Çünki bizi valideynlərimizdən daha çox düşünən yoxdur. Onlar da bizim gələcəyimizi düşünərək hərəkət edirlər və yaxşı peşəyə yiyələnməyimizi istəyirlər. Belə hallar da olur ki, universitet bitirənlər işsizlikdən əziyyət çəkirlər. Ona görə də peşə səmimi zamanı hansı peşəyə daha çox tələbin olması da nəzərə alınmalıdır. Əgər bütün bunları nəzərə alaraq peşə seçimi etsəniz gələcəkdə işinizdən çox razı qalacaq və xoşbəxt olacaqsınız. Unutmayın ki, həyatınızın ən böyük qərarlarından biri də peşə seçimidir!

image
Çünki seçdiyiniz peşə sizin kasıb yoxsa zəngin, xoşbəxt yoxsa narazı olmağınızı müəyyənləşdirir və gələcəkdəki yerinizi müəyyən edir. Çalışın ki, düzgün qərarlar verin və hansı peşəni seçirsizsə seçin, çox çalışın, işinizin ən yaxşısı olun!
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/07/duzgun-pes%c9%99-secimi
Comments