Dostluq.

Üç dost meşə ilə gedirmiş. Dünəndən əsən güclü külək bir neçə iri ağacı qırıb yerə salıbmış. Yolun üstünə bir iri palıd ağacının qırılıb düşdüyünü görən dostlar ondan bir az aralıda yan-yana iki cavan ağacın dayandığını görürlər. Bu dostları xeyli təəccübləndirir. Güclü külək iri palıd ağacını yerə yıxmış, iki cavan, balaca ağaca isə toxunmamışdı. Onlara heç bir ziyan da dəyməmişdi.
Dostlardan biri demiş ki:
-Gəlin irəli gedək, görək bunun sirri nədədir?
Hər üçü ağacların lap yanına gəldilər və diqqətlə onların kökünə baxdılar. Dostlar bu iki ağacın kökünün bir-biri ilə möhkəm bağlandığını gördülər.
Dostlardan biri ağacların kökünü göstərib dedi:
-Görürsünüz, dostluğun, mehribanlığın, yoldaşlığın nə böyük mənası var!!! İnsan da belədir. O nə qədər qüvvətli olsa da, tək qalanda tez məhv ola bilir, məğlub olur. Lakin etibarlı yoldaşı, dostu olan insan öz düşməninə qalib gəlir.
Deməyim odur ki, steemit adlı bu platformada bir dünya qurmuşuq, köklərimizi daha qüvvətli edə bilsək bizə heç kəs qalib gələ bilməz.
Sağlıqla qalın, gələn yazılarda görüşmək ümidi ilə.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/dostluq
Comments