Dini müzakirələr (1)
Dini cəmiyyətdə islam dini də digər dinlərlə eyni dərəcədə çox mühüm ictimai və siyasi amildir. Müsəlman din xadimləri (ruhanilər) ilə birlikdə bu dinin ideoloqları və təbliğatçıları dindar müsəlmanların düşüncəsinə, iradəsi və duyğularına ən möhkəm təsir göstərmək üçün müxtəlif vasitə və üsullara əl atırlar. Bu təsir, xalq kütlələrini, islam dininin yayıldığı kapitalizm və feodalizm ölkələrində qurulmuş ictimai münasibətlər və siyasi quruluş ilə barışdırılmalıdır.
Bundan sonra bir çox seriya yazıları dini mövzuda yazmaq istəyirəm. Din bizim həyat tərzimizə necə təsir edir, edirmi? Dinsiz bir cəmiyyət düşündünüzmü? Din və elm, bunlar bir-biri ilə bağlıdırmı? Yoxsa bir-birinə əks olan istiqamətləri var?
Bu mövzularda müzakirələr etsək bir az da buralar aktivləşmiş olar. Sabah ilk yazı "İslam tarixi" olmasını planlamışam.
Başlayaq görək yazışmalarda fikirlər və yanaşmalar nə cürdür.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/dini-muzakir%c9%99l%c9%99r-1
Comments