Cəmiyyət insanların fikirlərini yox, dediklərini düşünür.
Nə qədər ki, sənin yanında olan insan danışmağa başlamayıbsa, deməli, hələ tanıya bilməzsən onu. Bu ayrı bir mövzudur.
Nitq mədəniyyəti öyrənilə bilən vərdişdir. Nitq mədəniyyəti və danışanın vərdişi ilə aparılan araşdırmalar göstərir ki, insan sosial varlıq kimi, xüsusilə danışma və yazma bacarığı ilə özünü ifadə edir.
Cəmiyyətlə işləyən, ictimaiyyət arasında olan insanların ünsiyyətində əsas kilid müraciət formasında işlənilən sözlərin düzgün seçilməsidir. İnsanların ürəyinə yol tapmaq üçün gərək elə söz seçib, elə ifadə işlədəsən ki, səni dinləyə, söylədiyindən nəticə çıxara bilsinlər.

Münasibətlərimizin möhkəmlənməsində niqtin əhəmiyyəti olduqca zəruridir. Yazı mədəniyyəti bizim necə danışıq qabiliyyətimizin olduğunu əks etdirə bilər. Yazıda "da, də"-ni ayrı və ya birlikdə yazılmaq problem deyil, problem olan bunu təkararlamamaqdır.
Bu münasibətlərin tənzimlənməsində daha çox məktəbdə müəllimlərin üzərinə böyük yük düşür. İnsanları bu dili sevdirmək lazımdır, düzgün yazı yazmağı, gözəl, səlis danışmağı aşılamaq lazımdır. Məktəbdə "ləhcədə"danışan müəllim heç vaxt ədəbi dili öyrənciyə sevdirə bilməz.
Cəmiyyət daha çox bu təbəqədən olan insanların fikirlərini yox, dediklərini düşünür. Gəlin gözəl danışaq :)
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/12/c%c9%99miyy%c9%99t-insanlarin-fikirl%c9%99rini-yox-dedikl%c9%99rini-dusunur
Comments