Buynuz.
Məktəb vaxtında bir hekayə var idi. Deməli, Makedoniyalı İsgəndərin buynuzu olur ki bu da bir sirr olaraq qalır, amma bundan bir çobanın xəbəri olur, bu çobana xəbərdarlıq edilir ki, bu sirri heç yerdə deməsin. Bu gözünə döndüyüm dayana bilmir və tütək düzəldilən qarğının yanında öz-özünə danışır ki, "İsgəndərin buynuzu var, buynuzu". Sonra qarğıdan tütək düzəldirlər və ondan ilk səslənən musiqi belə olur. " İsgəndərin buynuzu var, buynuzu". O çoban və o qarğı İsmayıllının Buynuz kəndində bitib. Yoxsa niyə bir kəndin adını Buynuz qoysunlar ki?!!!

Amma haqqını vermək lazımdır, çox gözəl və səfalı yerdir. Hər daşı, hər qayası tarixdir. İstirahət üçün buradan yaxşı yer tapa bilməzsiz.

Sizə məsləhət verim, gedin dünyanı gəzin, amma gəlin Buynuzda ölün.
Təşəkkürlər.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/04/buynuz
Comments