"Buğda" filmi

Kəhf surəsindəki Musa peyğəmbərlə Xızır peyğəmbərin həqiqət yolçuluğu, Yunus Əmrəynən Hacı Bektaşinin məşhur "buğda, yoxsa nəfəs?" söhbətinin motivləri əsasında qurulmuş distopik film.


image

Filmin texniki göstəriciləri yüksəkdir, - mən deyərdim, Türkiyədə son illərdə belə keyfiyyətdə film çəkilməyib, - ancaq filmin bir gözü Tarkovski, (obrazın adı da Andreydir), o bir gözü də Tarkovskidir. 
Məzmun məlum, ifadə tərzi məlum - bəs Semih özü haradadır?
rəyləri oxudum, hətta bəziləri elə düşünür ki, bu film dini sifarişdir. 
mən bu filmi texniki göstəricilərinə görə öz uydurduğum on ballıq sistemin doqquzuncu gözünə qoyuram, fəqət bu texniki şeyləri çıxsaq, Kaplanoğluya bir yağlı beş vermək olar. 
Aşağıdakı birinci foto "buğda"dan, ikinci foto "stalker"dəndir. əlbət, belə şeylər oğurluq sayılmır (ölü zona, bataqlıqdan keçmək və sair), fəqət göndərmə də deyil.
Borxesin “Don Kixotun müəllifi Pyer Menar” hekayəsini xatırlayıram. 
Borxesin Pyer Menar adlı qəhrəmanı Servantesin Don Kixot əsərini yenidən yazmaq istəyir, amma başqa bir variantını yox, məhz elə Servantesin romanıyla sözbəsöz üst-üstə bir variantını yazmaq istəyir. Belə çıxır ki, bu həm o əsər olacaq, həm də yox.
Borxes yazır:

"…həqiqət ki, anası Tarixdir; zamana rəqibdir, əməllərimizin saxlancıdır, keçmişin şahididir, İndiki zamana örnəkdir, yol göstərəndir, Gələcəyin müşaviridir."

(On yeddinci əsrdə, "lağlağıdan doğulan dahi" Servantes tərəfindən yazılmış bu sadalama, əslində, tarixə verilmiş ritorik qiymətdir. )

Menar isə başqa cür yazır:

"…həqiqət ki, anası Tarixdir; zamana rəqibdir, əməllərimizin saxlancıdır, keçmişin şahididir, İndiki zamana örnəkdir, yol göstərəndir, Gələcəyin müşaviridir.

birinci tarixin qiymətidir. ikinci də tarixin qiymətidir. ancaq ikinci tarixin elə mərhələsidir ki, onun əvvəlki qiymətini də çərçivələyir. hər şey başqa-başqa mənalarnan eynidir.

Kaplanoğlunun identikliyi də təqdirəlayiqdir, fəqət mövzunun bədii həlli zəifdir,



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/09/bugda-filmi