Bəs siz hansı cəbhədəsiz?
Müasir cəmiyyətimizdə gənclik mövzusu zaman-zaman dartışılan mövzulardan biridir. Gənclik aktiv deyilsə, bu cəmiyyətdə süstlüyün yaranmasına səbəb ola bilər, bəlkə də elə birinci səbəblərdən biridir. Hər kəs özü-özlüyündə özünə ya da digər həmsöhbətinə məqamı düşdükcə belə bir sual verir: "hardadır o aktiv gənclər?". Bu sualı verən insan da gəncdir, onu cavablaya bilməyən insan da. Digərini mühakimə etməyə nə var ki. Hardadır bizim istedadlı gəncliyimiz? Varmı o gənclər? Onları ədəbiyyatda, kinoda, teatrda axtaraq? Harda, harda axtaraq onları? Sənəti söz olan insanlar bu gün cəmiyyətdə söz sahibidirlərmi? Xeyr, deməli, ədəbiyyatda axtara bilməyəcəyik.
Müasirləşirik, xub. Kimsə gəlib bizim qolumuzdan tutub bir kənara çıxarmayacaq. Biz nə etsək özümüz edəcəyik, öz zəhmətimizlə. Rəhmətə getmiş akademik Azad Mirzəzadənin bir yaxşı fikri vardı, deyir ki, çağdaş uğurun sirrini bu cur açır: "bir damcı istedad, bir stəkan zəhmət və bir vedrə həyasızlıq". Çox acı bir reallıqdır, həyəsızlığın bir vedrə olmağı, olmazsa olmur. Hələ bu gerçək uzun zaman davam edəcək.
Gənclik sözündə bir tələb var, istək var. Gənclik gələcək deməkdir. Gələcəyə iddialı bir nəsildir gənclik. Bu gəncliyin də bir tələbi olmalıdır, "topaz" yazmaq kimi "iddia" deyil. Gənclik qruplaşıb desək yanılmarıq, topaz yazanlar, kitab qurdları, idmana gedib bədən şişirib "musqul" çıxaranlar, facebookda qız tutanlar. Siyasətdə gənlik yox səviyyəsindədir, ədəbiyyatda bərbad.
Allah döyüş idman növünü çıxardanın bəlasını versin, üç gündü gənclik iki hissəyə ayrılıb. Həbibçilər və Conorçular. Bəs siz hansı cəbhədəsiz?
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/b%c9%99s-siz-hansi-c%c9%99bh%c9%99d%c9%99siz
Comments