Bizimkilər.
Hansı tərəfdən baxırsan bax, sonuncda insan da bir heyvandı. Söhbətin bu yerində Darvinin ruhuna bir salavat. Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!!!
Dünya insanının fonunda azərbaycanlılara baxmış olsaq çox eybəcər bir mənzərə ilə qarşılaşarıq. "İphone" icad olunmaqla deyil ki!!! Bu telefonla xanımının yatağını çəkib sosial şəbəkəyə qoyan insan deyil ki, insan cildində olan heyvandır.
Müasir insan kosmosa çıxır, amma o kosmos üçün biz adı donuzdan belə fərqlənmirik, bu boşluqda sürüklənib gedirik.
Azərbaycan insanı israrla deyir ki, qurban olum, mənimlə işiniz olmasın, mən başımı aşağı salıb, bir tikə çörəyimi qazanıram, əl çəkin məndən, mənim evdə bir çətən külfətim var. Babəkin bir azadlıq, qırx gün köləlik söhbətində Babəki "neprav" çıxaran adamlarıq.

İnsanoğlu kosmosa maraqlı deyil. İnsan dünyada bütün müharibələrdə heyvanlara qalib gəlmiş ən qoluzorlu heyvandır. Bəs azərbaycanlılar? Biz işimiz qonşulardı, qonşumuzdan öndə olmaq, onu hər çıxışda vurub keçmək, nakaut etmək.
Bəs insan heyvandan nə ilə fərqlənməlidir? Əlbəttə ki, yaradıcılıqla. O yaradıcılıqla ki, olanları söküb atmayasan, dağıtmayasan. Bizdə belə bir söyüş var, "heyvan oğlu heyvan" bu ifadə elə belədən yaranıb sizcə?
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/01/bizimkil%c9%99r
Comments