Bizim buralar.
Bizim bölgənin problemlərindən danışmasaq, olanları işıqlandırmasaq əslində təbiət tərəfindən şansımız gətirib. Yəni çörək olmasa da piroq yeyib yaşaya bilən insanlarıq. Yayda qış, qışda yay arzulayan bir toplum.

Monoton həyat, hər səhər gün çıxanda işə getmək, gün batanda evə qayıtmaq, bir tikə çörək qazanıb, başımızı aşağı salıb yaşamaq. Təkcə biz deyilik, bütün toplum bu moddadır.

Bir zaman ayılıb görəcəyik ki, qocalmışıq, əcəl zəngimiz çalır, əzrayıl qapımızı döyəcləyir.
Qış yerini yaza verir, yay yerini payıza, biz də bir ömürdü yaşadıq deyib, gedəcəyik o biri dünyaya. Bu yerə yağan qar kimi, əriyib gedəcək, bir nişanə qalacaqmı?
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/01/bizim-buralar
Comments