Biz də meymunuq.
Darvinin insanın meymundan yarandığının təkamül nəticəsində baş verdiyi nəzəriyyəsinə zaman-zaman inanmağım gəlir. Nə də olsa bu qəribə məxluqlar bizə çox oxşayır, ya da biz onlara. Hərdən sual verirlər, bəs indi niyə hansısa bir meymun növü təkamül edib insana çevrilmir? Yerində verilmiş sual olmasa da izah etmək olar ki, təkamül prosesi yüz ildə, min ildə baş verəcək hadisə deyil. Amma, ancaq və lakin onu da qeyd edək ki, bəlkə hansısa təkamül edəcək meymun növü elə bizim dövrümüzdə yaşayır? Keçənlərdə qarşıma bir video çıxdı, yazıblar ki, " yeni bir meymun növü təkamül edib və daş dövrünə qədəm basıb". Qədəmlərin mübarək, ay yeni əcdadımız!!!
Bu meymun tapdığı fındıq və dəniz məhsullarını daş ilə sındırıb yeyir. Mat qalmalı hal deyil, insan övladı da daş dövründə bu cür hərəkətlər etmirdimi? Heyvanlar təkamül etdikcə insanlar geri gedir, heyvanlaşır. Onlar irəli, biz geriyə addım atırıq, görəsən hansı dövrdə rastlaşa bilərik? Orta əsrlərdə görüşərik, meymunlar!!!
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/11/biz-d%c9%99-meymunuq
Comments