Bir sözün qısa tarixi.
Nənənim yaxşı sözü vardı, deyirdi, Allahdan gün qara gələndə xaşıl da diş tökər. Böyük sözdü vallah. İnsanın işi bir balaca çətinə düçən kimi, ayağı axsayan kimi üstünü qara buludlar alar, dərd-sər batman ilə gələr. Bizim tərəflərdə yaxşı bir söz var (türkər buna "iyi laf" deyirlər). Deyir, əri döymüş gəlini it də bir tərəfədən qapdı. Səhərdəndi sözümü fırlayıb yazının məğzinə gətirmək istəyirəm, nəsə alınmır.
Bu yazını mövcud kriptobazar haqqında yazmaq istəyirəm. Günü-gündən dəyişən gündəm xəbərləri, blockchain dünyası olaylar ha olaylar, heç biri hələ ki, bitcoin qiymətinə öz təsirini göstərə bilmir, sabit və bir az da xırda artışlarla başımızı qatırıq gedir. Bizim əsas amacımız steemit üzərində bir dayanıqlı çevrə qurmaq, mövcud aktiv olan istifadəçiləri burada saxlamaq üçün nələr etməliyik kimi düşüncə və bacarıqlarımızı ortaya qoymaqdır. Bəli, reallıq budur ki, sən burda 0.10 sent qazanmasan niyə durasan ki? Belə bir sual ortaya çıxır, facebookda illərdi 1 sent qazanmırsan niyə boş-boş söhbətlər edəsən ki orda? Burda ənənəlik də öz yerini vermək istəmir, ənənəvi sosial şəbəkələr dominatlığını qoruyur.
Son günlər Netscoins olayları, səs vermə, yeni birjalara çıxışın əldə olunması bizə ümid verir ki, yaxşı günlər görəcəyik. Desəm yalan olar)) Zarafat öz yerində, burada insanların əsas istəyi yazdığı, əmək sərf etdiyi bir işlərin qarçıığını yetərincə ala bilsin, fazlasını deyil, nədirsə onu alsın.
Sözün tarixinə gəlincə, bir sözün ən qısa anlamı o sözün ən yaxşı yerdə işlənməyidir, məsələn, tarix. Bəlkə də biz burda gələcək üçün arxivlər yaradırıq? O insanlar bizik? Bir də mövzuya bu konteksdən yanaşın, yaşayın yaradın.
Səhər tezdən oyanıb belə bir mözuda gic-gic yazmaq da bir axmaqlıqdır, siz məni boş verin. Sağlıqla qalın.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/bir-sozun-qisa-tarixi
Comments