Bir fotonun tarixi.
Hərdən insanın qarşısına illər öncə çəkdirdiyi fotolar çıxır. Alıb baxar, sonra eləcə keçmiş kimi saxlayar, tarix kimi. Mənim fotolarda çəkilmiş obyektlər deyil, arxasında, kənarında təsədüffən kadra düşmüşlər maraqlı olur.
İmkan olsaydı çəkdirdiyim fotoların kənarında, arxasında heç dəxli olmayan insanları axtarıb tapardım. Bəlkə də heç həyatda deyillər, intihar ediblər, ya qəzada şikəst qalıblar. Ya da mühacirət ediblər. Zatən ölkədə yaşamaq şəkillərdəki həyatdan tamam fərqlidir. Belə xırda şeylərə takılıb qalmaq var. Bunları boş verin. Həyat fotolarda qalanlardan ibarətdir. Biz də zamanla məzarlarımızın baş daşında sadəcə bir fotodan ibarət olacayıq.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/12/bir-fotonun-tarixi
Comments