Bədii əsərlər və filmlər.

Yaxşı bədii əsərlər yaxşı rejissorlar əlinə düşəndə gözəl filmlər ortaya çıxır. Bəzən elə bir əsər olur ki, oxuyuram, sonra filminə baxıram. Əsəri oxumadan filminə baxmaq o əsəri məhv etmək deməkdir. Keçənlərdə Xalid Hüseynin "Çərpələn uçuran" əsərini oxudum, sonra da filminə baxdım, yaxşı ki, ilk öncə filminə baxmamışam. Rejissorlar məncə əsəri yaxşı oxumurlar, əsərin ən gözəl yerləri xırda detallardadır, bu da filmə yansıtmayanda natamam bir iş ortaya çıxır. Bəzən də bir ölkənin tarixinə, məişətinə, siyasi formatına uyğun olan əsəri başqa bir ölkənin film istehsalçıları çəkərsə, onun dilini bilməyən rejissor işləyərsə o film mükəmməl ola bilməz. Tək-tək ortaya ideal işlər çıxa bilər, bu da istisnadır desək yanılmarıq. Bizim Azərbaycanın adət-ənənəsini, gündəmini, insanların yaşam səviyyəsini başqa, yabançı bir rejissor ekranlaşdırmaq istəsə olmaz bu iş.


image

Necə ki, son dövrlərdə "Əli və Nino" romanını tarixdə qalmaq istəyi ilə alışıb yanan birisi pul buraxaraq xarici rejissorlara çəkdirdi, ortaya allaq-bullaq bir iş çıxdı.

image

"Əli və Nino"nun ruhu o filmdə əks olunmadı, nədəni çox bəsitdir. Baş rolu oynayan aktyor və aktrisa da xarici vətəndaş idi, dilimizi, adətimizi bilməyən birisi. Onlar bizə o hissləri verə bilməz, soyuq bir tamaşa kimi göründü film.

image

Demək istədiyim odur ki, sənətə, ekranlaşdırılan hər şeyə, filmə, musiqiyə daha diqqətlə yanaşmaq lazımdır. Dünya mədəniyyətinə bizim də qatqımız olsun, bu elm, ədəbiyyat, musiqi və digər şeylər ola bilər. Önəmli olan orjinal bir işin ortaya çıxmasıdır.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/01/b%c9%99dii-%c9%99s%c9%99rl%c9%99r-v%c9%99-filml%c9%99r