Bədbin insanlar.

Bədbin insanlar hər şeyə pis tərəfindən baxırlar və bu da onların həyatını çətinləşdirməkdən başqa bir işə yaramır. Amma hər şeyə pozitiv tərəfindən baxsalar həyatları daha mənalı və şən olar. Belə bir atalar sözü də var ki, "Niyyətin hara, mənzilin ora.". Yəni əgər pis düşünüb pisi çağırsaq pis şeylər olacaq. Əgər yaxşı düşünüb yaxşını çağırsaq yaxşı şeylər olacaq. Ona görə də hər zaman çalışın ki, yaxşı düşünəsiniz. Sizə bir sual verəcəyəm. Düşünün, siz heç xoşbəxt olan bədbin insan görmüsünüzmü? Mən görməmişəm. Bədbin insanlar hər zaman bədbəxt olur. Yaxşının içində belə pisi axtarırlar və özlərini kədərə, mənfi düşüncələrə məhkum edirlər.


image

Ona görə də siz həmişə pozitiv düşünüb həyatı doya-doya yaşayan, həyatın bədbinlik və pis düşüncələr üçün çox qısa olduğunu dərk edən insanlardan olmağa çalışın. Xobəxt olub yaxşı yaşamaq istəyirsinizsə bunları edin. O zaman həyatın qara deyil də rəngarəng olduğunu görəcəksiniz.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/07/b%c9%99dbin-insanlar