Başqa planetlərdə həyat varmı?

Hər kəsin də bildiyi kimi bizim planetimiz SüdYolu qalaktikasında Günəş sistemində yerləşir. Texnika hələ o qədər inkişaf etmədiyindən Günəş sistemindəkilərdən başqa digər planetlər haqqında məlumatımız yoxdur. Amma mən belə düşünürəm ki, Yer kürəsindən başqa bir planetdə həyat var. Fikrimi də əsaslandıra bilərəm. Yer kürəsi bizə görə çox böyükdür. Ancaq Kainatın yanında balaca nöqtə belə deyil. Yəni kainat sonsuzdur və bu sonsuz kainatda yalnızca Yer kürəsində həyatın olması sizə də qəribə gələr. Məncə bizim bilmədiyimiz başqa planetlərdə də həyat var və o planetlərin sakinləri yəqin ki, bizlər kimi deyillər. Əgər yazdıqlarım haqqında bir az düşünsəniz yəqin ki, dediklərimlə razılaşacaqsınız.


image

Kainat da o qədər qəribəliklər, sirlər var ki… Amma yəqin ki, 100 illər sonra gələcək nəsillər bu sirləri yavaş-yavaş kəşf edəcəklər. Əslində keçmişə baxanda indi də bir çox şey kəşf edilib və edilməyə də davam edir.

Əslində yadplanetlilər haqqında çox fikir irəli sürə bilərik. Məsələn filmlərdə gördüyümüz kimi sehrli gücləri və yaxud zaman maşınları varmı? Bəlkə də illərdir tanıdığım biri yadplanetlidi və insan cildinə girib. Yəni qısacası hələ öyrənəcəyimiz çox şey var



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/07/basqa-planetl%c9%99rd%c9%99-h%c9%99yat-varmi