Azərbaycanda çay.
Bizim insan çay içmədən duramaz, bir az, lap bir azca "çayxor" deyirlər bizlərə. Təsəvvür edin ki, səhərin korunda, saat beşdə durub samovar qaynadıb çay dəmləyirik. Bunu ancaq kənddə edirik, şəhərdə bu imkanımız olmadığı üçün çayı çayxanada, çay evlərində içirik. İçirik, içməsinə də o kənddəki dadı verməz. Çay artıq milli dəyərdi, dostun gəldi çay verərsən, qız alarsan çay içərsən, qız verərsən çay verərsən, bir az şirinçay verərsən, amma yenə çay verərsən.
Evdə çörək olmasa olar, amma çay mütləq olmalıdır. Bizim ölkədə çaya dastanlar yazılıb, şeirlər deyilib, mahnılar qoşulub. İndi bir az avropalaşmağa doğru gedirik, çayı qəvhə əvəz etmək istəyir, amma bizdə alınmaz, biz çayı susayırıq deyə içmirik, elə çay içirik deyə içirik.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/az%c9%99rbaycanda-cay
Comments