Ay tutulması və inanclar.
Dünən Azərbaycan vaxtı ilə saat 21:00-dan başlayaraq gecə saat 1-2 radələrində Ay tutulması baş verdi. Mənim üçün sadəcə bir təbiət hadisəsi idi. Amma uzun ara vaxtlarla baş verdiyi üçün maraqlı gəlir. Tamı-tamına izlədim. Nənəm deyir ki, Ay və Günəş tutulması zamanı Yer üzünə bədbəxtlik gəlir, zəlzələlər, vəlvələlər. Nə bilim, bizim əcdadlarımız zaman-zaman göy cisimlərinə səzdə edib, onlara iman gətirib.

Aya ayaq basan insan üçün daha gizli nəsə qalmayıb desəm? O vaxtları deyirmişlər ki, cinlər yığılıb Ayın və ya Günəşin qarşısını, tüfəng atarmışlar, cinləri qovmağa.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/07/ay-tutulmasi-v%c9%99-inanclar
Comments