Armudun yaxşısı.
Belə məsəl var, "meşədə armudun yaxşısını ayı yeyər".
Yaxşı və pis insanlar vardır, bunları nədən və necə olaraq iki hissəyə ayırırıq bilmirəm, birinə yaxşı olan digərinə pis ola bilər. Bunu qoyaq bir kənara. Bu dünyada yaxşılıq etmək var ikən niyə biz insanlar pis şeylər düşünürük? Pislik etməyi düşünürük?
Armud elə bir meyvədir ki, onu yeyəndə insan ancaq yaxşılıq etməyi düşünür. Təklif edirəm hər yeri armud əkəyin, o qədər armud olsun ki, ayılar nə qədər yesələr də bizə yaxşıları qalsın. Yaxşı insanlar kimi.
Bu gün Azərbaycanda müəllimlər günüdür, Azərbaycan müəlliminin günü. Günü demiş, vallahi bu bir gün deyil. Müəllim bizim ölkədə şargirdinə potensial glir mənbəyi kimi baxır. Bunun səbəbi tamam başqa bir mövzudur, müəllimi bu günə salanlar utansın. Armudlar. əclaf armudlar. Cəmiyyət elə hala gəldi ki, müəllim adı dəyərdən düşdü, hər kəsi "müəllim" deyə çağırdıq. Burda armud kal oldu, batmadı dişimizə. Ya da batdı, çeynəyib atdıq.
Zamanın tələbidir demək ən oğraş ifadədir, zamanın əksinə çıxmaqdır ziyalılıq, müəllim olmaq. Gələcək nəsilləri həyata öyrətməkdir müəllimlik. Armud yetişdirmək deyildir bu.
Dərd ağır, hava soyuq, ara vermir yağışlar.
Sənə armud yığıram, yığıram ki, bağışla.
Müəllim öyrətmək deməkdir, öyrədən deməkdir, yol göstərən deməkdir. Gəlin gələcəyimizə gözəl yol göstərək, buna cəhd edək. Bizim də əlimiz armud toplasın misalı.
Ziyalı olmaq, müəllim olmaq insan yetişdirə bilməkdir həyata.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/armudun-yaxsisi
Comments