Adlar.

Bir tapmaca var. O nədir ki, hamıya yapışır? Mənə də, sənə də, ona da. Kimsə nəsə fikirləşər, özü bilər. Amma söhbət addan gedir. İndi baxaq görək necə ad. Bizim kənddə iki qardaş var, birinin adı Yanvar,birinin adı Fevral. Valideynləri sağ olsun ki, heç olmasa təqvim sırasını gözləyiblər. Yəni Yanvar böyük qardaşdı, Fevral kiçik qardaş. Bəzi adlar var ki, onlarla qarşılaşanda düşünürsən ki, bu adama bundan böyük pislik olmazdı ki, eləyiblər. Tamleyxa, Cüleyxan, ay nə bilim Zəbani və sair və ilaxır. Baxırsan, balaca uşaqdı adı Həsənpaşa. Anası söhbət eləyir ki, Həsənpaşa oyuncağını itirib ağlayır. Deyirsən a kişi, bu Həsənpaşanın indi çayxanada oturub təsbeh oynadan vaxtıdı , nə oyuncağı. Qrafalarla işləyən adamlar olduğumuzdan qrafalara sığışmayan adlarla rastlaşanda qalırıq mat məətəl ki, bu adı neyniyək, necə eliyək. Muradhasilov Məhəmmədəli. Oğulsan bunu sığışdır qrafaya. Xülasə övladlarınıza ad qoyanda yüz ölçün, bir biçin.

Yeri gəlmişkən, məşhur rəssam Pikassonun adı 23 sözdən ibarətdir: Pablo Dieqo Xose Fransisko de Payla Xuan Ninomuseno Mariya de los Pemeduos Kupruano de la Santisima Trinidad Martin Patrisio Kluto Ruiz u Pikasso.


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/adlar