Şabalıd və ya amin.
Bizim tərəflər qoz və fındıq meşələri ilə zəngin olsa da şabalıd ilə də ad çıxarmışıq. Şabalıda türklər "kestane" deyir, bilmirəm nəyə görə elə deyirlər, biz niyə şabalıd deyiriksə ona görə imiş yəqin. Toyda. yasda şabalıd olmasa olmaz.
Bir yas yerində maraqlı və gülməli hadisə olmuşdu. Danışım qulaq asın. Bizdə yas yerlərində rəhmətə gedənin 40 günü tamam oluncaya qədər adna axşamları qeyd olunur, siz buna cümə axşamları deyirsiz. Deməli, adna axşamında molla yasin surəsini oxyub bitirənə yaxın süfrəyə aş gəlməlidir, təbii ki aşı üzərində də şabalıd. Mollanın fikri qalıb bu şabalıdın yanında. Amin deyəsi anda "şabalıd" deyir.
Şabalıq ağaclarının oduncağından mebel sənayesi üçün yaxşı meterial çıxdığı üçün on il bunda qabaq kəndin vıziyyəti pis idi, kəsib satdıq. Sonra bişirdiyimiz pilovları da şabalıdsız bişirməyə başladıq, mollalarımız da yasini düzgün oxudular, şabalıd zad ağıl və fikirlərini qarışdırmadı.
Bir neçə ildir ki, kənddə təzə şabalıd ağacları bar gətirəcək hala gəlib. Ölü sahibləri və mollalar üçün narahatam, yenə şabalıdlı yasin göndərəcəklər rəhmətə gedənlərə.
Şəkillər mənə aiddir.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/sabalid-v%c9%99-ya-amin
Comments