24 saatın 30 dəqiqəsi.
Başlığa diqqət etdinizsə anlayacaqsınız, 24 saatın 30 dəqiqəsi elə də çox zaman kəsimi deyil. 30 dəqiqə ərzində nə etmək olar? Çayxanada nərd atmaq, domino oynamaq, telefonda müxtəlif oyunlar oynamaq, canım sizə desin, facebookda qız tutmaq. Gərçi facebookda qız tutmağa 30 dəqiqə çox az zamandır, giriş üçün yetərlidir.
Bu yarım saatı insan özü üçün bir vərdiş halına salsa nələr olar, heç düşünmüsünüz? Məsələn, hər gün yarım saat kitab oxuyursunuz, hər gün öyrənmək istədiyiniz dil varsa onu öyrənməyə sərf edirsiniz, idman edirsiniz. Hər gün yarım saat. Mən dedikcə, yazdıqca siz beyninizdə onu həftələrə, aylara vurun hesablayın və düşünün ki, bu mümkündür. Həyatınızın bir günündə ayırdığınız 30 dəqiqə sizi sevdiyiniz sahə üzrə mütəxəsis edə bilər.
Məsələn, 30 dəqiqə də yatım deməklə heç nə əldə oluna bilməz, işə gecikə bilərsən, tıxaca düşə bilərsən.
Bu yazını oxuyan hər kəs özünü yarım saat düşüncəsində bir şeylər etsin, nə qədər haqlı olduğumu anlayacaqsınız.
Sağlıqla qalın, 30 dəqiqə aldı bu yazı mənim ömrümdən.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/24-saatin-30-d%c9%99qiq%c9%99si
Comments